Bank Of Baku

Azərbaycanla Acarıstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Acarıstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə olunub
# 25 sentyabr 2017 16:06 (UTC +04:00)

Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Avtandil Mesxidze ilə görüşüb. 

 

APA-nın yerli bürosunun Baş konsulluğa istinadən verdiyi məlumata görə, görüş zamanı Baş konsul iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğıdan söhbət açıb, Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar barədə geniş məlumat verib.
 

A. Mesxidze isə Acarıstan MR-in kənd təsərrüfatı məhsullarının Azərbaycan bazarına çıxarılması, həmçinin Azərbaycan kənd təsərrüfatı məhsullarının Acarıstan MR-ə ixracının artırılması məsələlərinin önəmli olduğunu qeyd edib.

 

Baş konsul R. İsmayılov iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR