Cari ildə respublika üzrə 385 247 kənd təsərrüfatı məhsulları istehsalçısına 78,9 mln. manat subsidiya ödənilib. Bu barədə "APA-Economics"ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Məlumata görə, subsidiyanın 59,6 mln. manatı 1,2 mln. hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf etdikləri yanacaq və motor yağlarına görə, 19,3 mln. manatı isə 482 min hektar sahədə buğda və çəltik əkininə görə ayrılıb.