"Azərbaycan ağıllı kəndlərin yaradılması istiqamətində qlobal liderə çevrilə bilər".
"APA-Econimics" xəbər verir ki bunu bu gün keçirilən "Kənd yerlərinin inkişafı və Kənd Təsərrüfatı" mövzusu ilə bağlı müzakirələrdə " Dünya Bankının mütəxəssisi Tara Sharafudheen deyib. O, böyük həcmli məlumatların emal edilməsində istifadə olunan "BigData"dan da danışıb.
Dünya Bankının rəsmisi bildirib ki, Azərbaycanda ağıllı kəndlərin yaradılmasına ehtiyac var: "Azərbaycanda "Ağıllı kəndlər"lə bağlı xüsusi işlər görülür. Növbəti Bil Qeyts Azərbaycandan çıxa bilər. "Ağıllı Kənd"lər rəqəmsal texnologiyaya keçidi tələb edir. Kənd təsərrüfatında rəqəmsal texnologiyalar dəyər dəyişikliyinə təsir edir. Burada bir neçə qrupdan söz gedir. "Ağıllı Kənd"lər "Ağıllı şəhərlər"dən uzaqda ola bilməz. "Ağıllı Kənd dedikdə burda infrastruktur və infrastrukturdan istifadə edərək gəlir əldə edilməsindən söhbət gedir".
T. Sharafudheen qeyd edib ki, "Ağıllı kəndlər" layihəsində günəş enerjisindən istifadəyə ehtiyac var: "Kənd yerlərində rəqəmsallaşdırmadan necə istifadə olunmalıdır? Bunun üçün məlumat bazası yaradılmalıdır, ağıllı kommunikasiyadan incə istifadə olunmalıdır. Bu barədə dövlət sektoru, həm də diaspora nümayəndələri, o cümlədən kommersiya şirkətləri də həmçinin maraq göstərməlidirlər ".