Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yeni təyin olunmuş rəisi Ələddin Eyvazov pambıq sahələrində çalışan işçilərin kimyəvi maddədən zəhərlənmənin baş verdiyi rayonlara səfər edəcək.
Bunu “APA-Economics”ə xidmətin rəisi Ə.Eyvazov bildirib.
Xidmət rəisi bu gündən Tərtər, İmişli və Saatlı rayonlarına səfər edəcək.
“Səfərdə məqsəd zəhərlənmə baş vermiş əkin sahələrində olmaqdır. Dünəndən bitki-mühafizə tədbirləri ilə bağlı göstəriş verilib və artıq rayonlara mütəxəssislərimiz ezam olunub, özüm də gedib hadisə ilə bağlı yerində tanış olmaq istəyirəm”, - deyə Ə.Eyvazov əlavə edib.