"Azərbaycanda kənd təsərrüfatında interfeyslərdən daha az istifadə olunur".
"APA-Economics" xəbər verir ki bunu "Kənd yerlərinin inkişafı və Kənd Təsərrüfatı" mövzusunda müzakirələrdə Dünya Bankının nümayəndəsi Julian Lampetti deyib.
J. Lampetti qeyd edib ki, kənd təsərrüfatında interfeyslər çox sadə olmalıdır. “Biz Azərbaycandan xeyli aşağı səviyyəli ölkələrə baxanda görürük ki, onların texnologiyaya çıxışı daha asandır. Və mən düşünürəm ki, onlar Avropa səviyyəsinə daha tez çatacaqlar. Azərbaycanda güman edirəm ki, fermerlərin təhsilinin aşağı olması interfeyslərdən daha az istifadə ilə nəticələnir,” – deyə J. Lampetti bildirib.