Bank Of Baku

Dünya Bankı Azərbaycanın aqrar sektorunun risklərini qiymətləndirir

Dünya Bankı Azərbaycanın aqrar sektorunun risklərini qiymətləndirir
# 09 iyun 2017 15:23 (UTC +04:00)

Kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının Kənd təsərrüfatı sektorunda risklərin qiymətləndirilməsi üzrə tədqiqat qrupu ilə görüşüb.


Nazirliyin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə tədqiqat heyətinin üzvləri Rufiz Çıraqzadə və Sandra Broka hazırladıqları tədqiqat işini nazirə təqdim ediblər.

Tədqiqat qrupunun üzvləri Azərbaycanda kənd təsərrüfatı sektorunda risklərin qiymətləndirilməsinin 2 mərhələdə icra edilməsinin nəzərdə tutulduğunu bildiriblər. Birinci mərhələdə kənd təsərrüfatının inkişafı ilə bağlı əsas risklər və maneələr müəyyən olunmalı, növbəti mərhələdə isə həmin risklərin aradan qaldırılması yolları təklif edilməlidir.

İlk mərhələnin yekunu kimi, tədqiqat qrupu üzvləri taxıl, mal əti, pomidor və alma istehsalı kimi seçilmiş dəyər zəncirlərində risklərin müəyyənləşdirildiyini bildiriblər.

 

Aparılmış tədqiqatın nəticələrinin nazirliyə rəy və təkliflər üçün təqdim olunması  görüşdə növbəti addım kimi razılaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR