Bank Of Baku

Fermerlərə verilən kreditlərin faizlərini dövlət ödəyə bilər

Fermerlərə verilən kreditlərin faizlərini dövlət ödəyə bilər
# 12 aprel 2017 10:51 (UTC +04:00)

"Aqrar sahə dünyanın ən riskli sahəsidir. Bu sahə dünyada kredit təşkilatları tərəfindən cəlbedici sahə hesab edilmir, eynilə bizim ölkəmizdə də vəziyyət belədir". "APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.

 

Onun sözlərinə görə, son 10 ildə banklar kənd təsərrüfatı sektorunun kreditləşməsini 5 dəfə, Sahibkarlığa Kömək Milli Fondu isə 18,1 dəfə artırıb. Buna baxmayaraq, naziri müavini bildirib ki, bu vəsait yetərli deyil.

"Dövlət xətti ilə aqrar sektora ciddi maliyyə dəstəyi verir. Xarici investorlar isə aqrar sahəmizə elə də ciddi münasibət göstərmirlər. Bu, təkcə aqrar sahənin riskli olması ilə bağlı deyil, eyni zamanda burada ayrı-ayrı kredit alətlərinin, mexanizmlərinin tətbiqinin məhdudluğu ilə bağlıdır. Çünki aqrar sahədə daşınar əmlakların girov kimi qəbul edilməsi, hazır məhsulların girov kimi qəbul edilməsi, beynəlxalq təcrübədə öz əksini tapan və sınanmış alətlər hələlik ölkəmizdə tətbiq edilmir. Ümid edirik ki, bununla bağlı bizim təkliflərimiz nəzərə alınacaq və fermerlərin maliyyə resurslarına çıxış imkanları artırılacaq. Biz beynəlxalq təcrübədə özünü doğrultmuş bir neçə variantı təklif etmişik. Bu, yalnız hazır məhsulların girov kimi qəbul edilməsi ilə bağlı deyil, eyni zamanda götürülmüş kreditlərin faiz dərəcələrinin dövlət vəsaiti hesabına ödənilməsi kimi bir neçə müxtəlif alətlərin tətbiqini nəzərdə tutur", - deyə S. Talıbov vurğulayıb.

 

Nazir müavini fermerlərin maliyyə sıxıntılarını aradan qaldırmaq üçün hələ ötən il beynəlxalq təşkilatlarla yeni bir layihə həyata keçirdiklərini də əlavə edib: "Biz Dünya Bankı ilə həyata keçirilən "Rəqabət qabiliyyətinin gücləndirilməsi" layihəsi çərçivəsində hələ 2016-cı ilin sentyabr ayında fermerlərin maliyyəyə çıxışının asanlaşdırılması məsələlərinin konkret həlli və bu sahədə ehtiyaclarını daha da dolğun qarşılamaq, mövcud problemlərin həlli üçün tədbirləri müəyyən etmək üçün dünyanın aparıcı şirkətlərindən olan Almaniyanın Maliyyə və Menecment Məktəbi ilə xüsusi bir müqavilə imzaladıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR