Fitosanitar nəzarəti məntəqələrinin bitki və bitkiçilik məhsullarının idxalına fıtosanitar sertifikatı vermək hüququ ləğv edilib.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Fitosanitar nəzarəti məntəqələrinin yerləşdirilməsi və fəaliyyəti Qaydası”nda müvafiq dəyişiklik edib.
Başqa sözlə, indiyə qədər fitosanitar nəzarəti məntəqələrinin qanunvericiliklə müəyyən olunmuş qaydada bitki və bitkiçilik məhsullarının idxal və ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində tranzit daşınmasına və dövriyyəsinə idxal karantin icazəsi, təkrar ixracat fıtosanitar sertifikatı və ya fitosanitar sertifikatları vermək hüququ olub. Dəyişikliyə əsasən isə bundan sonra fitosanitar nəzarəti məntəqələrinin yalnız karantin sertifikatı, bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı vermək hüququ olacaq.