2017-ci ilin yanvar-may ayları ərzində Gürcüstandan 24,75 mln. butulka ixrac olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 64% çoxdur.
"APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyinin Milli Şərab Agentliyinin sədri Georgi Samanişvili bildirib.
Qurumun təqdim etdiyi rəqəmlərə əsasən, ixrac 41 ölkəyə həyata keçirilib. İxracın ümumi dəyəri 55,52 mln dollardır ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 58% çoxdur.
Sədr qeyd edib ki, Gürcüstan Fransaya ixracı 500%, İsrailə 253%, Azərbaycana 202%, Çinə isə 160% artırıb.