Bank Of Baku

Hesablama Palatası suvarma rejimlərinə yenidən baxılmasını məqsədəuyğun hesab edir

Hesablama Palatası suvarma rejimlərinə yenidən baxılmasını məqsədəuyğun hesab edir
# 24 may 2017 08:07 (UTC +04:00)

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin fəaliyyəti üçün 231 mln. 356,6 min manat təyinata qarşı 230 mln. 875,5 min manat maliyyələşmə açılıb, 230 mln. 658,4 min manat və ya təyinatın 99,7%-i həcmində kassa xərci və 376916,8 min manat faktiki xərc olub. "APA-Economics" xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

 

Sənəddə vurğulanıb ki, bu xərc 2014-cü illə müqayisədə 8 mln. 17,4 min manat və ya 3,4%, 2015-ci ilə nisbətən 4 mln. 782,2 min manat və ya 2% az olub. Təqdim edilmiş məlumatlara görə respublika üzrə bütün kənd təsərrüfatı əkinləri 1 mln. 385,9 min hektar sahədə orta hesabla 3,3 dəfə suvarılmış, o cümlədən taxıl əkinləri 559,2 min hektarda 2,3 dəfə, pambıq 52,1 min hektarda 3,5 dəfə, tütün 1,3 min hektarda 4,7 dəfə, yem bitkiləri 448,4 min hektarda 3,8 dəfə, bostan və tərəvəz 69,3 min hektarda 4,8 dəfə, çoxillik əkmələr 96,4 min hektarda 3,3 dəfə və həyətyanı sahələr 159,3 min hektarda 4,6 dəfə suvarılıb. Bütövlükdə hesabat ilində bütün suvarma mənbələrindən 8,6 mlrd. kubmetr su götürülüb və su istifadəçilərinə 6,1 mlrd. kubmetr su verilib.

 

Hesabat ilində “Meliorasiya və Su Təsərrüfatı” ASC üzrə vəsaitin qismən azaldılması kontekstində qeyd etmək lazımdır ki, son illər ərzində dövlət büdcəsinin və Dövlət Neft Fondunun vəsaitləri, həm də kreditlər hesabına bu sahəyə ardıcıl olaraq zəruri vəsait ayrılıb, sahənin maddi-texniki bazası xeyli gücləndirilib və ölkə əhəmiyyətli iri infrastruktur layihələri həyata keçirilib.

 

2016-cı ildə xərclənmiş vəsaitin 55 mln. 916,8 min manatı və ya 24,2%-i ASC-nin

tərkibinə daxil olan aidiyyəti struktur vahidlərində (su anbarlarının, hidroqovşaqların,

magistral kanalların, suvarma sistemlərinin, subartezian quyularının istismarı idarələri

və s.) çalışan işçilərin əməyin ödənişi xərclərinə, 144,739 mln. manatı və ya 62,8%-i

malların (işlərin və xidmətlərin) satın alınmasına, 89,5 min manatı və ya 0,1%-i

təqaüdlər və sosial müavinətlərə, 14,934 mln. manatı və ya 6,5%-i digər xərclərə,

14 mln. 979,1 min manatı və ya 6,5%-i qeyri-maliyyə aktivlərinin, o cümlədən 14 mln. 978,9 min manatı əsas vəsaitlərin və 0,2 min manatı qeyri-istehsal vasitələrinin alınmasına yönəldilib.

 

Təqdim edilmiş hesabatlara əsasən ASC tərəfindən icra edilmiş vəsaitin 70 mln. 279,6 min manatı və ya 30,5%-i elektrik enerjisi haqqının ödənilməsinə yönəldilib ki, bu da 2015-ci ilin müvafiq xərci ilə müqayisədə 7 mln. 844 min manat və ya 12,6%, 2016-cı ilə nisbətən isə 7 mln. 172,2 min manat və ya 11,4% çox olub.

 

2016-cı il üzrə açılmış maliyyələşmədən ilin sonunda 217,1 min manatı və ya dürüstləşdirilmiş təyinatın 0,1%-i istifadə edilməyərək geri qaytarılıb. Dövlət büdcəsinə qaytarılan vəsaitin 28,9 min manatı əməyin ödənişi, 97,6 min manatı malların (işlərin və xidmətlərin) satın alınması, 1,4 min manatı təqaüdlər və sosial müavinətlər üzrə, 68 min manatı digər xərclər, 21,2 min manatı qeyri-maliyyə aktivlərinin alınması xərcləri üzrə olub.

Büdcə vəsaitləri üzrə ASC-nin debitor borcları 01.01.2016-cı il tarixə 492,8 min manat, 01.01.2017-ci il tarixə 252,9 min manat, kreditor borcları isə 01.01.2016-cı il tarixə 9 mln. 303,2 min manat, 01.01.2017-ci il tarixə 9 mln. 290,7 min manat təşkil edib.

 

Debitor və kreditor borcların strukturunda “Elektrik enerjisi haqqının ödənilməsi” paraqrafı üzrə borcların xüsusi çəkisi yüksək olub. Belə ki, debitor borcların tərkibində həmin xərc üzrə borclar 01.01.2016-cı il tarixə 447,3 min manat (90,8%-ini), 01.01.2017-ci il tarixə 221,5 min manat (87,6%-ini) təşkil edib, kreditor borcların tərkibində isə 01.01.2016-cı il tarixə 9 mln. 270,5 min manata (99,7%-ini), 01.01.2017-ci il tarixə 9 mln. 269,9 min manata (99,8%-ini) bərabər olub.

 

Cəmiyyətin təqdim etdiyi xüsusi vəsaitləri üzrə hesabatlarında funksional fəaliyyətinin həyata keçirilməsi üzrə büdcədənkənar vəsaitlərinə görə hesabat dövrünün əvvəlinə 259,3 min manat faktiki xərcləri mövcud olub, hesabat ilində təsdiq olunmuş 3 mln. 365 min manat gəlir proqnozuna nisbətən 3 mln. 356,5 min manat və ya 99,8% gəlir əldə edilib, 3 mln. 365 min manat smetaya qarşı 3 mln. 241,3 min manat (96,3%) kassa xərci olub, ilin sonunda 115,3 min manat istifadə edilməyən vəsait qalığı dövlət büdcəsinə alınıb, hesabat dövrünün sonuna faktiki xərclərin 240,8 min manat qalığı qalıb.

 

Büdcədənkənar vəsaitlərin 170,4 min manatı əməyin ödənişinə, 2 mln. 947,7 min manatı malların (işlərin və xidmətlərin) satın alınmasına, 118,4 min manatı digər xərclərə, 4,8 min manatı qeyri-maliyyə aktivlərinin alınmasına yönəldilib.

 

Hesabat dövrünün əvvəlinə ASC-nin büdcədənkənar vəsaitlər üzrə 153,5 min manat debitor, 5,6 min manat kreditor borcları mövcud olub, hesabat ilində debitor orcları 14,7 min manat azalaraq 138,9 min manat (bundan 12,2 min manatı elektrik enerjisi haqqının ödənilməsi üzrə, 122,8 min manatı isə su haqqının ödənilməsi üzrə mövcud olub) təşkil edib, kreditor borcları isə 0,2 min manat azalaraq 5,4 min manata bərabər olub.

 

Hesablama Palatası tərəfindən aparılmış təhlillər göstərir ki, 2016-cı ildə ASC üzrə suvarma suyunun satışından və digər fəaliyyətdən 3 mln. 356,5 min manat (proqnoza nisbətən 99,8%) vəsait daxil olub ki, bu da əvvəlki illə müqayisədə cəmi 215,8 min manat və ya 6,9% çox olub.

 

Hesablama Palatası tərəfindən 2016-cı ildə aparılmış nəzarət tədbirlərinin nəticələrinə əsaslanaraq “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rayon idarələrinin balansında olan təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanallarının xidmət ərazisi üzrə Sudan İstifadəedənlər Birliklərinin istifadəsinə verilməsi işlərinin sürətləndirilməsini, Sudan İstifadəedənlər Birliklərinin müəyyən etdikləri suvarma xidmət haqlarının əsaslılığına və yığım səviyyəsinin artırılmasına nəzarətin gücləndirilməsini, suvarma suyunun uçotunun təkmilləşdirilməsini və elektrik enerjisi sərfiyyatının optimallaşdırılmasını, respublikanın rayonları üzrə əkin növlərinə görə suvarma rejimlərinə yenidən baxılmasını məqsədəuyğun hesab edirik.

 

"Meliorasiya və Su Təsərrüfatı” ASC-nin təqdim etdiyi hesabatlarda “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi sahəsində islahatlar”la bağlı xərclərdən 4 mln. 101,4 min manat vəsaitin ayrıldığı və icra edildiyi göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR