Bank Of Baku

İribuynuzlu heyvanlar nodulyar dermatit xəstəliyinə qarşı peyvənd edilir

İribuynuzlu heyvanlar nodulyar dermatit xəstəliyinə qarşı peyvənd edilir
# 11 mart 2016 12:30 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. İribuynuzlu heyvanlar arasında nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədirinə başlanılıb. Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

O bildirib ki, artıq cənub zonasında peyvəndləmə tədirinə start verilib.

Y. Xanvəli əlavə edib ki, cənub zonasından sonra şimal zonasında peyvəndləmə tədbirinə başlanılacaq və peyvəndləmə tədbirləri bütün iribuynuzlu heyvanları əhatə edəcək.

Qeyd edək ki, 2015-ci ildə nodulyar dermatit xəstəliyinə qarşı 2 178 145 baş iribuynuzlu heyvan peyvənd olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR