Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti hesabına müvəkkil kredit təşkilatları vasitəsilə 2016-cı ilin yanvar-noyabr ayları ərzində ölkənin 32 rayonunda fəaliyyət göstərən 204 kənd təsərrüfatı məhsulları istehsalçısına 10 mln. 19,4 min manat həcmində güzəştli kredit ayrılıb.
Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, verilmiş kreditlərin 69,3%-i heyvandarlıq, 2,6%-i tərəvəzçilik və 1,1 %-i isə balıqçılıq sahələrinə ayrılıb.
Eyni zamanda, Dövlət Xidməti tərəfindən beynəlxalq təşkilatlarla birgə icra olunan layihələr çərçivəsində 52 sahibkara 11,397 min manat kredit verilib.