Bank Of Baku

Nazir: "Pambıqçılıqla məşğul olan fermerlər təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər”

Nazir: "Pambıqçılıqla məşğul olan fermerlər təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər”
# 22 iyun 2018 12:57 (UTC +04:00)

“Pambıq tarlalarında baş vermiş zəhərlənmələr narahatedici hadisədir. Bu, məsələnin araşdırması prezident İlham Əliyevin birbaşa nəzarətindədir”.

 

APA-nın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

 

Nazir qeyd edib ki, baş vermiş hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və araşdırmalar davam etdirilir: “Pambıqçılıq sahəsi kimyəvi maddələrin tətbiqini zəruri edir. Amma burada əsas məsələ təhlükəsizlik və tətbiq qaydalarına ciddi riayət etməkdir. Bu öhdəlikləri məhz fermerlərin üzərinə düşür. Onlar təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR