Bank Of Baku

Ötən il Azərbaycanla Aİ arasında aqrar sektorda ticarət dövriyyəsi 241 mln. dollar olub

Ötən il Azərbaycanla Aİ arasında aqrar sektorda ticarət dövriyyəsi 241 mln. dollar olub
# 08 iyun 2017 13:00 (UTC +04:00)

"Avropa İttifaqı Azərbaycanın aqrar sahəsinin inkişafına daim dəstək göstərir". "APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan - Avropa İttifaqı biznes forumunda kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

 

Onun sözlərinə görə, Azərbaycanın ümumi ixracının 20,7%-i İtaliyanın, 6,9%-i Portuqaliyanın, 4,5%-i Almaniyanın, 3,8%-i isə Fransanın, idxalın isə 4,9%-i Almaniyanın, 4,1%-i İtaliyanın, 3,7%-i Böyük Britaniyanın payına düşür.


"Hesablamalar göstərir ki, 2016-cı ildə Avropa İttifaqı və Azərbaycan arasında aqrar sektorda ümumi ticarət dövriyyəsi 240,7 mln. dollar həcmində olub. Hesabat ilində Azərbaycan Avropa İttifaqından 166,7 mln. dollarlıq məhsul idxal edib. Eyni zamanda bu ölkələrə 74,4 mln. dollarlıq məhsul ixrac olunub. İdxalın əsasını cins heyvanlar, spirtli və spirtsiz içkilər, tərəvəz konservləri və digər məhsullar təşkil edib. Azərbaycanın aqrar sektorda istehsal etdiyi məhsullar üzrə Avropaya ümumi ixracın 96%-ni fındıq ləpəsi, 1,7%-ni nar şirəsi təşkil edib", - deyə nazir müavini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR