Bakı - APA-Economics. Rusiyanın Vladimir vilayətində istehsal olunan kənd təsərrüfatı məhsullarının müxtəlif ölkələrin bazarına çıxarılması istiqamətində işlər aparılır.
"APA-Economics" "DairyNews" agentliyinə istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Svetlana Orlova deyib.
Qubernator deyib ki, kənd təsərrüfatı istehsalçılarına dövlət tərəfindən müvafiq yardım olunacaq: "Biz sizə lizinq və infrastrukturun təşkili ilə bağlı zəruri yardım göstərəcəyik. Biz yaxın perspektivdə məhsullarımızın dünya bazarlarına çıxarılması barədə düşünməliyik. Hazırda bu istiqamətdə Azərbaycan, Belarus, bəzi Avropa ölkələri ilə danışıqlar aparırıq".