Bank Of Baku

Süni mayalanma yolu ilə alınmış buzovlara görə 1,3 mln. manat subsidiya verilib

Süni mayalanma yolu ilə alınmış buzovlara görə 1,3 mln. manat subsidiya verilib
# 03 aprel 2017 10:27 (UTC +04:00)

2016-cı ildə 7 min 449 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınmış hər baş buzova görə 100 manat olmaqla 8 min 529 baş buzova ümumilikdə 852 min 900 manat, 2017-ci ilin yanvar ayında isə 3 min 729 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınmış hər baş buzova görə 100 manat olmaqla 4 min 407 baş buzova ümumilikdə 440 min 700 manat subsidiya verilib.

 

Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, növbəti aylar üzrə isə subsidiya veriləcək heyvan sahibləri və süni mayalanma yolu ilə alınmış buzovların sayı hal-hazırda müəyyənləşdirilir.
 

Beləliklə, indiyədək heyvan sahiblərinə 1 mln. 293 min 600 manat məbləğində subsidiya verilib.

 

Qurumdan bildirilib ki, ictimai nəzarəti gücləndirmək və şəffaflığı təmin etmək məqsədilə hər bir ay üzrə subsidiya verilmiş heyvan sahibləri və süni mayalanma yolu ilə alınmış buzovların sayı, o cümlədən süni mayalanma yolu ilə alınmış hər buzova görə dövlət büdcəsinin vəsaiti hesabına veriləcək subsidiya məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının iclasının protokolu nazirliyin rəsmi internet saytının (www.agro.gov.az) "Subsidiyalar" bölümündə yerləşdirilib.

Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 401 nömrəli qərarı ilə "Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası" təsdiq edilib. Həmin qayda ilə yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi prosedurları müəyyən edilir. Qaydaya uyğun olaraq 2016-cı ilin oktyabr ayından heyvan sahiblərinə subsidiyanın verilməsinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR