Bakıda mağazalardan oğurluq edən qrup zərərsizləşdirilib

Bakıda mağazalardan oğurluq edən qrup zərərsizləşdirilib
# 10 fevral 2014 09:33 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda mağazalardan oğurluq edən qrup zərərsizləşdirilib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanvarın 26-na keçən gecə Zaur Nadirova məxsus mağazadan 16 ədəd mobil telefon, fevralın 7-nə keçən gecə Rasim Həsənova məxsus, Azadlıq prospektində yerləşən köşkdən ərzaq malları, printer, fevralın 8-nə keçən gecə Məhəmmədəli Camalova məxsus, Cavadxan küçəsində yerləşən mağazadan 485 manat, danışıq kartları, tütün məmulatları, Əlvida Nəzirzadəyə məxsus, Məmmədov küçəsində yerləşən mağazadan 50 manat, Könül Cəfərovaya məxsus, S.Məmmədova küçəsində yerləşən gözəllik salonundan 105 manat, Vüqar İsgəndərova məxsus, Cavadxan küçəsində yerləşən gözəllik salonundan bijuteriya, Zəminə Ağayevaya məxsus, C.Məmmədov küçəsində yerləşən 4000 manat, 3 ədəd qızıl üzük, Rəsmiyyə Hüseynovaya məxsus mağazadan geyim əşyaları oğurlanıb, Emin Paşayeva məxsus, Cavadxan küçəsində yerləşən aptekdən isə oğurluğa cəhd olunub. Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Ağdaş rayon sakini Şahmurad Xudaverdiyev, Bakı şəhər sakinləri İbrahim Cəfərov və Əlsahib Bədəlov tutulub. Müəyyən olunub ki, onlar fevralın 9-na keçən gecə, Bakı şəhər sakini Rauf Mustafayevə məxsus, Nəsimi rayonu M.Cəfərov küçəsində yerləşən restorandan isə 3 ədəd mobil telefon oğurlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR