Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) silahlı qüvvələri pilotsuz uçuş aparatları və ballistik raketlə Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft-qaz şirkətinin ər-Riyaddakı obyektinə, həmçinin ölkənin cənubundakı hava limanına və aviabazaya zərbələr endirib.
APA xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriyə məlumat verib.
Onun sözlərinə görə, husilər ər-Riyaddakı “Aramco” şirkətini PUA ilə hədəfə alıb və əməliyyatın məqsədinə nail olublar.
Səriyənin iddiasına görə, Şarura hava limanında hərbi-nəqliyyat təyyarəsinə də PUA ilə hücum edilib.
Bundan başqa, Xamis-Muşayt şəhərindəki aviabaza ballistik raketlə vurulub.