Argentinada yüngül təyyarə qəzaya uğrayıb, iki nəfər həlak olub

Argentinada yüngül təyyarə qəzaya uğrayıb, iki nəfər həlak olub
# 24 aprel 2010 23:11 (UTC +04:00)
Bakı-APA. Argentinanın paytaxtı Buenos-Ayresdən 1500 km aralıda yüngül təyyarənin qəzaya uğraması nəticəsində pilot və sərnişin həlak olub. Bu barədə APA RİA Novosti-yə istinadən xəbər verir.

"Pipper PA-28 tipli təyyarə Bariloçe şəhər aerodromundan cümə günü havaya qalxdıqdan sonra radar ekranlarından itib. Axtarış tədbirləri nəticəsində Pataqoniyadakı Kondor rançosu yaxınlığında təyyarənin qalıqları, pilot və kanadalı turistin cəsədləri aşkar olunub", - deyə xilasetmə xidmətinin əməkdaşı Fidel Verorisa televiziya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Milli Aviasiya Komitəsinin ekspertləri üç gün ərzində hadisənin səbəbləri barədə məlumat verəcəeklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR