Bank Of Baku

ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb

ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb
# 30 oktyabr 2019 11:17 (UTC +04:00)

ABŞ-ın Türkiyədəki səfiri David Satterfield bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumatda bildirilib ki, ABŞ səfiri Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” və “Barış bulağı” hərəkatı ilə əlaqədar qəbul etdiyi qərarlara görə XİN-ə çağırılıb.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası 1915-ci ildə baş vermiş hadisələri “soyqırımı” kimi tanıyıb.

Bundan başqa, Palata Türkiyənin Suriyanın şimalında apardığı antiterror əməliyyatları ilə bağlı müəyyən sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR