Bank Of Baku

Əfqanıstanda terrorçularla toqquşmada altı hərbçi öldürülüb

Əfqanıstanda terrorçularla toqquşmada altı hərbçi öldürülüb
# 28 oktyabr 2019 11:40 (UTC +04:00)

Əfqanıstanın şimalında yerləşən Kunduz vilayətində aparılan antiterror əməliyyatı zamanı təhlükəsizlik qüvvələrinin 6 əməkdaşı öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Əfqanıstan təhlükəsizlik qüvvələri aviasiyanın dəstəyi ilə vilayətin bir neçə rayonunu terrorçulardan təmizləyib. Əməliyyatın gedişi zamanı 15 terrorçu zərərsizləşdirilib, 10 terrorçu isə xəsarət alıb.

Təhlükəsizlik qüvvələri də itki verib. Belə ki, terrorçularla toqquşmada təhlükəsizlik qüvvələrinin 6 nəfər hərbçisi həyatını itirib, daha 7 nəfər hərbçi isə xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR