Əl-Bağdadinin meyiti ilə necə davranılacağı açıqlanıb

Əl-Bağdadinin meyiti ilə necə davranılacağı açıqlanıb
# 28 oktyabr 2019 11:13 (UTC +04:00)

İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin meyitinin qalıqları dənizə atıla bilər.

APA-nın xəbərinə görə, bu barədə CNN məlumat yayıb.

Daha əvvəl ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn da bildirib ki, “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin meyitinin qalıqları kimi İŞİD liderinin də meyitinin qalıqları dənizə atıla bilər.  

Qeyd edək ki, Üsamə bin Laden 2011-ci ildə ABŞ-ın həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb. Onun meyitinin qalıqları Ərəbistan dənizinə atılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR