Bank Of Baku

Hindistanın baş nazirinin təyyarəsinin Pakistan səmasından uçmasına icazə verilməyib

Hindistanın baş nazirinin təyyarəsinin Pakistan səmasından uçmasına icazə verilməyib
# 28 oktyabr 2019 05:37 (UTC +04:00)

İslamabad Hindistanın baş nazirinin olduğu təyyarənin üçüncü ölkəyə uçması üçün Pakistanın hava məkanından istifadəyə icazə verməyib.

APA xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Şah Mehmud Qureşi açıqlama yayıb.

Pakistanın “Aaj” telekanalı bildirir ki, İslamabadın mövqeyinə görə, belə bir qərar Hindistanın Cammu və Kəşmir bölgələrində törədilən “insan haqlarının kobud şəkildə pozulması” ilə əlaqədar qəbul edilib. Bu məlumat əsasında Pakistanın Xarici İşlər Nazirliyi Hindistan tərəfinə müvafiq yazılı bildiriş göndərmək niyyətindədir.

Qeyd edilir ki, Hindistan buna qədər baş nazirin təyyarəsinin keçə bilməsi üçün Pakistana müraciət də ünvanlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR