Bank Of Baku

İraqa təxliyə edilmiş 500 ABŞ hərbçisi yenidən Suriyaya qayıdıb

İraqa təxliyə edilmiş 500 ABŞ hərbçisi yenidən Suriyaya qayıdıb
# 28 oktyabr 2019 14:26 (UTC +04:00)

Suriyadan İraqa təxliyə edilmiş 500-ə yaxın ABŞ hərbçisi Suriyanın şimal-şərq bölgəsindəki hərbi bazaya qayıdıb.

APA-nın xəbərinə görə, bu barədə "Aşarq əl-Avsat" qəzeti məlumat yayıb.

Bildirilib ki, ABŞ ordusunun 500-ə yaxın hərbçisi, habelə hərbi texnika İraqdan Suriyanın şimal-şərqində yerləşən hərbi bazaya gəlib.

Bir neçə gün öncə "Al Vatan" qəzeti ABŞ ordusuna məxsus hərbi yük maşınından ibarət karvanın İraq-Suriya sərhəddindəki əl-Valid keçid məntəqəsindən keçərək Suriyanın Haseke əyalətinə daxil olduğunu yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR