Ötən cümə günündən başlayaraq son iki gündə paytaxt Bağdadda və İraqın digər əyalətlərində hökumət əleyhinə baş verən iğtişaşlarda ən azı 63 nəfər ölüb, 2600 nəfər yaralanıb.
APA TASS-a istinadla xəbər verir ki, bu barədə İraq hökumətinin İnsan Hüquqları üzrə Ali Komissiyası məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 1-dən Bağdadda və ölkənin şiələrin üstünlük təşkil etdiyi mərkəzi və cənub bölgələrdə nümayişlər başlayıb. Yaşayış şəraitinin pisləşməsinə, işsizliyin artmasına, habelə hökumətdəki korrupsiyaya etiraz edən kütlə hökumət əleyhinə şüarlar səsləndirərək istefa tələb edirlər.