Bank Of Baku

İran XİN: Heç kim bir görüşdə razılaşmanın əldə olunacağını gözləmirdi - YENİLƏNİB

İsmayıl Bəqai, İran Xarici İşlər Nazirliyinin sözçüsü

© APA | İsmayıl Bəqai, İran Xarici İşlər Nazirliyinin sözçüsü

# 12 aprel 2026 09:10 (UTC +04:00)

Heç kim bir görüşdə razılaşmanın əldə olunacağını gözləmirdi.

İran Dövlət Televiziyasının xəbərinə görə, bunu Pakistanin vasitəçiliyi ilə İslamabadda ABŞ-la keçirilən danışıqları şərh edən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

“Əlbəttə, başlanğıcdan etibarən bir iclasda razılığa gələcəyimizi gözləməməli idik. İslamabad danışıqlarına Hörmüz boğazı və regional məsələlər daxil olmaqla çox mürəkkəb problemlər əlavə edildi. Bu məsələlərin təxminən 24 saatlıq danışıqlarda həll olunmasının gözlənilməməsi təbii idi”, – deyə İsmayıl Bəqai qeyd edib.

İran XİN sözçüsü Pakistan və digər region ölkələri ilə məsləhətləşmələrin davam edəcəyini də bildirib.

***

saat 08.21

“İslamabad danışıqları heç bir nəticə vermədi, lakin diplomatiya davam edir”.

İranın “Tasnim” agentliyinin məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

"Bəzi məsələlərdə razılığa gəldik. Lakin 2-3 vacib məsələdə fikir ayrılıqları oldu və nəticədə danışıqlarda razılıq əldə olunmadı", - XİN sözçüsü əlavə edib.

Bəqai onu da bildirib ki, bu danışıqlar mərhələsi son bir ildə ən uzun müddətdir ki, ümumilikdə 24 və ya 25 saat davam edib.

XİN sözçüsünə görə danışıqlar çətin 40 günlük müharibədən sonra, inamsızlıq və şübhə mühitində baş tutub. Buna görə də o, bu danışıqların tək bir dəfədə başa çatmasının gözlənilmədiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR