Bank Of Baku

Aİ Ukrayna üçün 130 milyard avro kredit hazırlayır

Aİ Ukrayna üçün 130 milyard avro kredit hazırlayır
# 24 sentyabr 2025 21:55 (UTC +04:00)

Avropa İttifaqı Ukrayna üçün təzminat krediti 130 milyard avroya qədər ola bilər.

APA xəbər verir ki, “Reuters”in rəsmilərə istinadən yaydığı məlumata görə yekun məbləğ Beynəlxalq Valyuta Fondu ilə razılaşdırılacaq.

Kredit Kiyevin hərbi səylərini maliyyələşdirməyə kömək etmək üçün istifadə olunacaq.

Ukrayna onu yalnız gələcək sülh sazişi çərçivəsində Rusiyadan təzminat aldıqdan sonra ödəyəcək.

Avropada saxlanılan təxminən 210 milyard avro dəyərində olan Rusiya aktivlərinin əksəriyyəti Belçikanın “Euroclear” mərkəzi depozitarında saxlanılır.

“Euroclear”dakı aktivlərin 175 milyard avrosu artıq ödəmə müddətini başa vurmuş və kredit üçün əsas yarada biləcək nağd pula çevrilmişdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR