Bank Of Baku

Zelenski: İsrailin “Patriot” sistemi bir aydır Ukrayna səmasını qoruyur

Zelenski: İsrailin “Patriot” sistemi bir aydır Ukrayna səmasını qoruyur
# 27 sentyabr 2025 21:55 (UTC +04:00)

İsrail Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi təhvil verib və sistem artıq bir aydır ki, Ukrayna səmasını qoruyur. Ukrayna bundan başqa daha iki sistem gözləyir.

APA xəbər verir ki, bu barədə RBK-Ukrayna məlumat yayıb.

"İsrailin sistemi Ukraynada bir aydır fəaliyyət göstərir. O artıq bir aydır işləyir. Payızda iki “Patriot” sistemi alacağıq. Gəlin bunu edək və mən “Patriot” haqqında daha heç nə deməyəcəyəm", - Zelenski deyib.

Agentlik qeyd edir ki, növbəti iki “Patriot”un alınması İsraildən deyil, digər tərəfdaşlardan, çox güman ki, Almaniyadan olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR