Bank Of Baku

Zelenski tibb təhsili alanların ehtiyat zabit kimi hazırlanması barədə qanunu imzalayıb

Ukrayna prezidenti Volodimir Zelenski

© APA | Ukrayna prezidenti Volodimir Zelenski

# 29 iyul 2025 11:53 (UTC +04:00)

Ukraynada tibb sahəsində təhsil alanlar ehtiyatda olan zabitlərin hazırlığı üzrə təlimlərə cəlb olunacaq.

APA-nın “insider.ua”ya istinadən xəbərinə görə, Prezident Volodimir Zelenski bu barədə qanunu imzalayıb.

Sənəddə göstərilib ki, onların təlimlərdə iştirakı məcburi xarakter daşıyacaq.

Bununla yanaşı, V. Zelenski 60 yaşdan yuxarı ölkə vətəndaşlarının müqavilə əsasında hərbi xidmətə cəlb olunması qaydalarını müəyyən edən qanuna da imza atıb.

Bu sənədə əsasən, sözügedən yaş kateqoriyasına aid şəxslər hərbi vəziyyət dövründə bir illik müqavilə imzalamaqla orduda xidmətə göndəriləcək.

Onlar üçün həmçinin, 2 aylıq sınaq müddəti də müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR