Bakıda 84 yaşlı piyadanı vuraraq öldürən "Bakubus" sürücüsü tutulub

Bakıda 84 yaşlı piyadanı vuraraq öldürən "Bakubus" sürücüsü tutulub
# 11 noyabr 2022 11:40 (UTC +04:00)

İki gün əvvəl piyadanı vuraraq öldürən "Bakubus" sürücüsü tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, noyabrın 9-da saat 7 radələrində Yasamal rayonunun N.Hikmət küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Qeysabulla Dadayev vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Baku Bus”a məxsus “BMC” markalı xətt avtobusu ilə törədilməsi müəyyən olunub və həmin avtobusun sürücüsü, Bakı şəhər sakini Valeh Məmişov saxlanılıb.

Araşdırma aparılır.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü Valeh Məmişov idarə etdiyi "Bakubus"a məxsus 141 nömrəli marşrut avtobusu ilə piyada, 1938-ci il təvəllüdlü Qesabulla Dadayevi vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR