FHN Şabranda baş verən qəza ilə bağlı məlumat yayıb - YENİLƏNİB

FHN Şabranda baş verən qəza ilə bağlı məlumat yayıb - YENİLƏNİB
# 22 sentyabr 2022 09:34 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Şabran rayonunun Şahnəzərli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Shacman” markalı yük avtomobili ilə “Nissan” markalı minik avtomobili toqquşub, minik avtomobilində 1 nəfər sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

***

09:19

Şabranda “Shacman”la avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Şahnəzərli kəndi ərazisində qeydə alınıb.

Quba rayon sakini R.Allahverdiyevin idarə etdiyi “Shacman” və Lerik rayon sakini Q.Musayevin idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə “Nissan” markalı avtomobildə olan sərnişin, Pirəmsən kənd sakini Rəşid Məmmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR