Bakı Limanı BMT-nin Qlobal Sazişinə qoşulub

Bakı Limanı BMT-nin Qlobal Sazişinə qoşulub
# 06 dekabr 2022 16:30 (UTC +04:00)

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə qoşulub.

Bakı Limanından “APA-Economics”ə verilən məlumata görə, hazırda 18 dəniz limanı və liman idarəçiliyi şirkətini bir araya gətirən bu sazişə Bakı Limanının da qoşulması barədə qərar, BMT-nin Baş Katibinin müavini və BMT-nin Qlobal Sazişinin icraçı direktoru xanım Sanda Ojiambonın Bakı Limanına ünvanlandığı məktubla elan edilib.

Qeyd edək ki, regionun logistika və nəqliyyat qovşağı olan Bakı Limanı, öz əməliyyat prinsiplərini Dayanıqlı İnkişaf Məqsədləri prinsiplərinə uyğunlaşdırmağa, eləcə də regional təchizat zəncirinin inkişaf etdirilməsi üçün dayanıqlı mexanizmlər yaratmaqla qlobal davamlı inkişaf strategiyasına töhfə verməyə çalışır. Limanın strateji fəaliyyətləri 17 DİM-dən 11-ə töhfə vermək məqsədi daşıyır və bu fəaliyyətlər də limanın missiya bəyanatına və icra planlarına öncədən daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR