Bir müddət əvvəl Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən tapılan və TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yenidoğulmuş qız uşağı sağlamlığına qovuşub.
Bu barədə APA-ya Salyan rayon Mərkəzi Xəstəxanasından xəbər verilib.
Qeyd edilib ki, tibb müəssisəsinin Pediatriya şöbəsində ona xüsusi diqqət, qayğı göstərilib və körpənin zəruri tibbi xidmətlərlə təmin olunması həyata keçirilib.