İstintaq iki Orta Asiya mənşəli şəxsin Peterburqdakı partlayışda əli olduğunu araşdırır.
APA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Mənbəyə görə, söhbət təxminən 20 yaşlarında olan qız və oğlandan gedir.
“Həmin şəxslər polis müşahidə kameralarından videogörüntələrə baxıldıqdan sonra diqqəti cəlb ediblər. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir”, deyə mənbə bildirib.