Bakı. Rəşad Süleymanov – APA. Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən sərhədboyu zonalarda keçirilən rejim tədbirləri çərçivəsində Şəkidə narkotik xassəli kollar məhv edilib.
Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Keçirilən tədbirlər nəticəsində, iyulun 24-də Şəki rayonu Öryət kəndi ərazisində hündürlüyü 1,20-1,70 metr olan 2120 ədəd ümumi çəkisi 1350 kq yabanı halda bitmiş narkotik xassəli çətənə kolları aşkar olunaraq müvafiq qaydada məhv olunub.