Azərbaycanda hər 100 nəfərə 110 mobil abunəçi düşür

Azərbaycanda hər 100 nəfərə 110 mobil abunəçi düşür
# 18 iyul 2012 11:05 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda əsas telefon aparatlarının ümumi sayı bu ilin ilk yarısında 6 268 ədəd artaraq 1 472 368-ə çatıb. Bu barədə «APA-Economics»ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib.

Nəticədə hazırda respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,6 ədəd təşkil edir. Bu göstərici Bakı şəhərində 37,0 ədəd, respublikanın digər ərazilərində 11,5 ədəd, kənd yerlərində isə 7,1 ədəddir.

Eyni zamanda hər 100 ailəyə düşən telefon aparatlarının sayı 68,8 ədəd təşkil edir. Bu göstərici Bakı şəhəri üzrə 136,6, respublikanın digər ərazilərində isə 47,6 ədəddir.

Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR