İran təyyarəsi Tehran aeroportuna məcburi eniş edib
02 oktyabr 2012 10:52 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Bu gün səhər saatlarında Tehrandan Əhvaza uçan sərnişin təyyarəsi qəza enişi etmək məcburiyyətində qalıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, 208-ci reys üzrə yerli vaxtla səhər saat 06:50-də havaya qalxan “Fokker 100” sərnişin təyyarəsində bir neçə dəqiqə sonra texniki nasazlıq aşkarlanıb. Təyyarə bərk silkələnib və pilotlar dərhal yanacağı havaya buraxaraq qalxdıqları aeroporta eniblər. Təyyarənin şassilərindən birində texniki nasazlıq olduğu bildirilir. Sərnişinlər isə Əhvaza yerli vaxtla saat 10:10-da başqa təyyarə ilə yola salıblar.
Asiya
KİV: İsrail Livanın cənubuna zərbələr endirib
07:50
15 iyun 2024
Narendra Modi Yaponiyaya səfər edəcək
05:46
15 iyun 2024
İstanbulun 15 İyul Şəhidləri Körpüsündə avtomobili ilə aksiya keçirən şəxs təslim olub, hərəkət bərpa olunub -YENİLƏNİB
00:34
15 iyun 2024
Türkiyədə yanğınsöndürən amfibiya təyyarəsi gölə düşərək batıb
17:53
14 iyun 2024