Bakı. Məlahət Nəcəfova - APA. "Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda ağır döyüşlərin aparılması regionda sülh və stabilliyə ciddi təhdid yaradıb”.
APA-nıb məlumatına görə, bu barədə Latviya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Nazirlik hər iki tərəfi əməliyyatları dərhal dayandırmağa və atəşkəsi bərpa etməyə çağırıb: "Azərbaycan və Ermənistan münaqişənin daha da gərginləşməsinə gətirib çıxara biləcək istənilən bəyanat və əməliyyatdan çəkinməlidir".
Nazirlik itki və ölümlərdən təəssüf keçirir, ölən və yaralananların ailələrinə başsağlığı verir: "Biz Minsk qrupu və onun həmsədrlərinin atəşkəsi bərpa etmək istiqamətindəki səylərini tam dəstəkləyirik".