Bakı aeroportu ilə sərnişindaşıma 36% artıb

Bakı aeroportu ilə sərnişindaşıma 36% artıb
# 13 iyun 2024 11:33 (UTC +04:00)

Bu ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 625 mindən çox sərnişinə xidmət göstərib.

Bu barədə "APA-Economics"ə Aeroportun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% çoxdur.

May ayında 14-ü aşağıbüdcəli (loukoster) olmaqla, 34 aviaşirkət 4905 uçuş həyata keçirib. Beynəlxalq marşrutlar üzrə sərnişin dövriyyəsinin 55%-i xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb. Ümumilikdə xarici aviaşirkətlər 314 mindən çox, “Azərbaycan Hava Yolları” isə 252 min sərnişin daşıyıb. Bu müddətdə Naxçıvan istiqamətində 60 minə yaxın sərnişinə xidmət göstərilib.

Əhəmiyyətli artım tranzit sərnişinlərin sayında müşahidə olunub - 2023-cü ilin may ayı ilə müqayisədə 2 dəfə artaraq 29,7 min nəfər təşkil edib.

Bu ilin may ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər sırasında İstanbul, Moskva, Tbilisi, Dubay, Əbu-Dabi, Ankara, Şarja, Dehli, Sankt-Peterburq və Doha şəhərləri olub. Bu istiqamətlərdə 354 mindən çox sərnişinə xidmət göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR