Bakı. Fərid Mirzəyev – APA. Qəbələ Tarix-Diyarşünaslıq muzeyində yanğın olub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində
muzeyin eyvanında elektrik naqilləri 1 p.m və pəncərə çərçivəsi qismən yanıb.
Ümumi sahəsi 909 kv.m olan muzeyin qalan hissəsi yanğından mühafizə olunub.