Bank Of Baku

Goranboy sakini avtomobildə uşaq dünyaya gətirib

Goranboy sakini avtomobildə uşaq dünyaya gətirib
# 22 mart 2019 09:23 (UTC +04:00)

Goranboy sakini avtomobildə uşaq dünyaya gətirib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə Səmədabad-Goranboy avtomobil yolunda baş verib. 1990-cı il təvəllüdlü Səmədabad kənd sakini Fərqanə Fizuli qızı Ələkbərova doğuş sancıları səbəbi ilə təcili tibbi yardım çağırıb. Tibbi briqadanın gəlişini gözləmədən yaxınları hamilə qadını “VAZ 21015” markalı maşınla kənd yolundan avtomagistrala çıxarmaq istəyib. Gənc ana uşağı avtomobildə dünyaya gətirib.

Ana və yeni doğulmuş oğlu təcili tibbi yardım avtomobili ilə rayon xəstəxanasına çatdırıb. Hazırda onların vəziyyəti  normaldır.

 

Ehtiram Muradov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR