Tovuzda avtomobil divara çırpılıb, sürücü ölüb

Tovuzda avtomobil divara çırpılıb, sürücü ölüb
# 08 avqust 2016 05:53 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.


APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə avqustun 8-də Tovuz şəhərində qeydə alınıb.


Rayonun Yuxarı Öysüzlü kənd sakini, 1983-cü il təvəllüdlü Ramiz Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı divara çırpılıb. Qəza zamanı ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.


Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR