Bakı-APA. Mahaçqalada mayın 8-də tətbiq olunan antiterror əməliyyatı rejimi ləğv olunub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dağıstan Respublikası üzrə operativ qərargahın nümayəndəsi bildirib.
“Moskva vaxtı ilə saat 23:00-da antiterror əməliyyatı rejimi ləğv olunub”, deyə mənbə bildirib.
Qeyd edək ki, antiterror əməliyyatı rejimi Mahaçqalanın mərkəzində mayın 8-i, səhər saatlarında tətbiq edilmişdi. Burada çoxmərtəbəli binaların birində iki silahlı və onlarla əlbir daha bir nəfər mühasirəyə alınmışdı.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.