Stoltenberq: “Gürcüstanın NATO-ya üzvlüyü Tiflisdən və alyansın 28 üzv ölkəsindən asılıdır”

Stoltenberq: “Gürcüstanın NATO-ya üzvlüyü Tiflisdən və alyansın 28 üzv ölkəsindən asılıdır”
# 11 may 2015 18:46 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın NATO-ya daxil olması Tiflis və Alyansa üzv 28 ölkənin qərarından asılı olacaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

“Biz hər bir millətin, hər bir ölkənin öz yolunu seçmək kimi fundamental hüququnu dəstəkləyirik. Gürcüstanın NATO-ya daxil olmaq qərarını məhz rəsmi Tiflis və Alyansa üzv 28 ölkə verə bilər, hər hansı digər tərəf bu prosesə müdaxilə edə bilməz”, deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, NATO və rəsmi Tiflis Gürcüstanın alyansa üzvlüyü fəaliyyətini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR