Türkiyənin Azərbaycandakı hərbi attaşesinin səlahiyyət müddəti başa çatıb

Türkiyənin Azərbaycandakı hərbi attaşesinin səlahiyyət müddəti başa çatıb
# 05 avqust 2016 21:55 (UTC +04:00)

Bakı-APA. Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, general İhsan Başbozkurtun səlahiyyət müddəti başa çatıb.

APA-nın məlumatına görə, general iyulun 29-da keçirilmiş Ali Hərbi Şuranın qərarı ilə dördillik səlahiyyət müddətini yerinə yetirdiyi üçün təqaüdə göndərilib.

İhsan Başbozkurtun yaxın günlərdə Türkiyəyə dönəcəyi bildirilir.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda yeni hərbi attaşesi təyin olunsa da, hələlik onun adı açıqlanmır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR