Bakı. Cavid Zeynallı – APA. Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” traktatı Ankarada çapdan çıxıb.
APA-nın xəbərinə görə, kitabı türkcəyə tərcüməçi Məhməd Reza Qoçi çevirib.
Kitab İLESAM təşkilatının rəhbəri Məhmət Nuri Barmaqsızın təşəbbüsü ilə nəşr olunub.
Qeyd edək ki, Anarın “Yaşamaq haqqı” traktatı rusca yazıçının “LİK Azerbaydjana” üçcildliyində yer alıb. Azərbaycanca bu əsər “525-ci qəzet”də hissələrlə oxuculara təqdim olunub.