Bakı. Fərid Mirzəyev - APA. “Hazırda Azərbaycanda heyvanlar arasında iti yolucuxu xəstəliklər, habelə “donuz qripi” (A/H1 N1-red.) xəstəliyi qeydə alınmayıb”. Bu sözləri APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Xanvəli deyib.
O bildirib ki, ölkədə donuzçuluq təsərrüfatına tam nəzarət olunur, vəziyyət stabildir.
Y. Xanvəli qeyd edib ki, ölkədə təxminən 7 minə yaxın donuz qapalı şəraitdə saxlanılır.
DBNX rəsmisi onu da qeyd edib ki, Xidmət tərəfindən ölkədəki heyvan və heyvan mənşəli məhsullara ciddi nəzarət olunur.
Qeyd edək ki, İranda “donuz qripi” epidemiyası nəticəsində 33 nəfər ölüb. Tiflisdə “donuz qripi”nə 7 yoluxma halı qeydə alınıb.