Əmisini və onun tanışını bıçaqlayan şəxsə hökm oxunub

Əmisini və onun tanışını bıçaqlayan şəxsə hökm oxunub
# 08 fevral 2016 14:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əmisini və onun tanışını bıçaqlayan Rövşən Dadaşova hökm oxunub.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə R. Dadaşov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Şabran rayonun sakini R. Dadaşov ötən il iyunun 30-da əmisi Elxan Dadaşovun evində qonaq olub. Məclisdə yaranmış mübahisə zamanı R. Dadaşov əmisinə və onun qonağı - 44 yaşlı Gəndob kənd sakini Şahin Mürsəliyevə bıçaq xəsarətləri yetirib.

Yaralılar dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılaraq əməliyyat olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR