Bakı. Fuad Cəfərov - APA. Dəm qazı daha bir nəfərin həyatına son qoyub. Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonunun Əmircan qəsəbəsi Cəfər Cabbarlı küçəsi ev-22 də qeydə alınıb. Həmin ünvanda yaşayan 1995-ci il təvəllüdlü Ülviyyə Asif qızı Quliyeva yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.