Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərə müraciət edib.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, may ayının 18-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş sualların məzmunu ilə bağlı apelyasiya komissiyası yaradılıb.
Apelyasiya komissiyasına müraciət etmək istəyənlər mayın 19-da saat 10:00-dan 17:00-dək şəxsiyyət vəsiqələri ilə TQDK-ya müraciət edə bilərlər.